Əfqanıstanda sovet ordusunun tərkibində həlak olmuş hərbçilərin ailələrinə verilən təqaüd artırılıb
Sosial 20 Fev 2018 18:35:46 272 0
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev fevralın 20-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.
Mənbə: report.az