Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği 1500 manat müəyyən edilib


Sosial 20 Fev 2018 18:38:15 275 0

Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği 1500 manat müəyyən edilib

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev fevralın 20-də "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır. 

Sərəncamla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.