Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edəcək


Digərləri 20 Fev 2018 18:40:00 212 0

Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq barədə protokol imzalayıb

Bakı. Ləman Zeynalova - Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq barədə protokol imzalayıb. Trend-in məlumatına görə, sənədi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və onun səudiyyəli həmkarı Məhəmməd ibn Naif ibn Əbdüləziz əl Səud imzalayıb. İmzalanma mərasimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda tərəflər arasında rəsmi danışıqlardan sonra baş tutub. Görüş zamanı əməkdaşlığın Azərbaycan və Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətləri arasında genişləndirilməsi perspektivləri də müzakirə edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin