“İstəmirəm ki, evdə ögey ata olsun”


Şou-biznes 20 Fev 2018 18:12:00 332 0

“İstəmirəm ki, evdə ögey ata olsun”

ARB Ulduz-un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Nura Suri olub. Son.az bildirir ki, müğənni şəxsi həyatı ilə bağlı bir çox qaranlıq qalan məslələrə aydınlıq gətirib: "Əgər həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki? Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar. Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm ki, hamı niyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil". Nura oğlunun atası ilə yaşaya bilməmə səbəbini açıqlayıb: "Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim. Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi. Bu insan məni ancaq öz övladı ilə qəbul edib. Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, onlar nəyə görəsə özlərini pis hiss etsinlər və evdə ögey ata olsun. Demirəm ki, buna pis baxıram, sadəcə mən bunu qəbul edə bilmirəm. İstəmirəm ki, övladlarım o cür böyüsün". Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar