"Həbsxanadan zəng edib məni hədələdi"


Digərləri 20 Fev 2018 17:55:00 261 0

"Həbsxanadan zəng edib məni hədələdi"

Bir müddət öncə xuliqanlıqda təqsirləndirilərək azadlıqdan məhrum edilən sahibkar Azadxan Xanməmmədovdan yeni şikayət var. 

Belə ki, sözügedən şəxsə məxsus olduğu iddia edilən  "Magic House" bağçasının müdiri olmuş Şəlalə Qarayeva redaksiyamıza müraciət edərək 6 aylıq əməkhaqqısının ona ödənilməməsindən narazılıq edib. Bildirib ki, təkcə onun yox, ümumilikdə bağçanın 12 işçisinin də maaşı bir neçə aydır ki, ödənilmir: "Mənə  6000 manat, yerdə qalan işçilərə isə ümumilikdə 2381  manat pul ödənilməlidir. 

Qeyd edim ki, 2014- cü ildən etibarən "Magic House"un direktoru olmuşam. 3 il 8-ci mikrorayonda yerləşən filialın direktoru idim.  2017-ci ilin iyun ayında dedilər ki, bağçanın Memar Əcəmi metrosunun yaxınlığında yerləşən filialını açaq. Əcəmi filialını onun oğlu Tural Xanməmmədovla birgə açdıq. Azadxan   Xanməmmədov həbs edildikdən sonra onun həyat yoldaşı Əsmər Fətullayeva sənədləri mənim adıma keçirməyi təklif etdi. İyun ayında filial açıldı. Avqustun 20-dən etibarən yanvar ayı da  daxil olmaqla maaşlarımızı ödəmədilər. 5 ay maaşsız işlədik. Ötən ilin dekabr ayında məhkumun gəlini Ruqiyyə Xanməmmədova gəlib dedi ki, bağçanı bundan sonra o işlədəcək. 1 ay bu sistemlə işlədik. Bayram tətilindən qayıdandan sonra onun Azər adlı digər oğlu gəlib işçilərə tapşırıq verdi ki, bağçada təhvil-təslim işlərinə başlanılsın. O ərəfələrdə Azadxan Xanməmmədov həbsxanadan hər gün zəng edib bağçadakı işlərlə maraqlanırdı. Maaşla bağlı söz-söhbət yarananda həbsxanadan zəng edərək məni hədələdi.  Dedi ki, həbsxanadan çıxacaq və mənə  kim olduğunu göstərəcək. 


Xəbərə aid fotolar