"Miss & Mister Grand Azerbaijan" gözəllik müsabiqəsinin seçmə turu FOTO


Digərləri 20 Fev 2018 17:35:00 433 0

"Miss & Mister Grand Azerbaijan" gözəllik müsabiqəsinin seçmə turu  FOTO

Billionaire Lounge klubunda Miss & Mister Grand Azerbaijan gözəllik müsabiqəsinin kastinqi keçirilib. Seçmə turunda 16-27 yaş arasında model görünüşlü oğlanlar və qızlar iştirak ediblər. Qızlar üçün əsas tələb boyun 1 metr 70 sm-dən, oğlanlar üçün isə 1 metr 80 sm-dən hündür olması olub.

Kastinqdə 100-dən artıq namizəd iştirak edib. Müsabiqədə iştirak etmək istəyən oğlanların sayı qızlardan çox olub.

Xatırladaq ki, müsabiqədə yalnız daha öncə heç bir titul qazanmamış yeni başlayan modellər iştirak edə bilərlər.