Bakıda külək enerjisindən istifadə edən bina inşa ediləcək VİDEO


Digərləri 20 Fev 2018 17:23:00 252 0

Bakıda külək enerjisindən istifadə edən bina inşa ediləcək  VİDEO

"RUN Construction and Investment" şirkəti Bakıda "Ağ şəhər" ərazisində yüksək texnologiyalı "Azerbaijan STELLA Residence" binasını inşa edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin direktoru Ramin Kərimli deyib.

R.Kərimli qeyd edib ki, hazırda planlaşdırma mərhələsində olan layihə xarici investisiyalar hesabına reallaşdırılacaq: "Qeyri-adi dizayn və texnoloji yanaşmasına görə, bina özünü təmiz su və elektrik enerjisi ilə tam təmin edəcək. Elektrik enerjisi külək hesabına hasil olunacaq, dəniz suyu isə filtrləmənin bütün mərhələlərini keçəcək və bunun sayəsində binanın texniki suya ehtiyacı tam təmin olunacaq".

"Azerbaijan STELLA Residence" layihəsinin təqdimatı zamanı R.Kərimli bildirib ki, layihəyə Çin və Cənubi Koreyadan mütəxəssislər cəlb olunacaq: