Azərbaycanda yenot tutuldu VİDEO FOTO


Digərləri 20 Fev 2018 17:25:00 279 0

Azərbaycanda yenot tutuldu  VİDEO  FOTO

Lənkəran sakini həyətyanı sahəsində yenot tutub. Daha çox meşə ərazisində rast gəlinən bu heyvan sakinlərin marağına səbəb olub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov həyətyanı sahəsində gecə saatlarında yenot tutub.

O, itlərin hürüşməsinə həyətə düşdükdə bu canlını görüb. İtlər heyvana zərər verməsin deyə onu götürərək saxlayıb:

"Axşam saat 2-3 radələrində düşdüm həyətə. İtlər hürürdü, gördüm qeyri-adi bir heyvan var. İt bunu sıxışdırdı bir yerə, mən də tutdum quyruğundan, birtəhər atdım çəlləyə. Səhər gördüm belə bir heyvandır".


Xəbərə aid fotolar