Evdən qaçan 2 ayın gəlini tapıldı


Digərləri 20 Fev 2018 17:12:00 243 0

Evdən qaçan 2 ayın gəlini tapıldı

Göygöl rayonunda yaşadığı evdən qaçaraq itkin düşən gəlin tapılıb.

İki ayın gəlini taksiyə oturub əvvəlki sevgilisinə qaçdı - Azərbaycanda ailə dramı

Son.az report-a istinadən xəbər verir ki, rayonun Mollacəlili kənd sakini, 1997-ci il təvəllüdlü Asiya Elnur qızı Ağakişiyeva 11 gün ərzində harada yaşadığı məlum olub. Asiya Ağakişiyeva Gəncə şəhər ərazisində tapılıb. 

11 gün əvvəl qaynatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.