Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib


Digərləri 20 Fev 2018 17:14:00 190 0

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilsinlər: Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin