Şəmkirdə Cümhuriyyət tarixi ilə bağlı mühazirə keçirilib (FOTO)


Digərləri 20 Fev 2018 16:52:00 218 0

Şəmkirdə Cümhuriyyət tarixi ilə bağlı mühazirə keçirilib (FOTO)

"Parisdən məktublar" sənədli filmi nümayiş etdirilib.

Bakı. Prezident yanında Bilik Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadənin rayon ictimaiyyəti ilə görüşü olub. Fonddan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbirdən öncə qonaqlar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb, rayonda həyata keçirilən quruculuq işləri, davamlı islahatlarla bağlı fikir mübadiləsi aparıblar. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılara öncə Tahir Tahiroviçin rejissorluğu və İntiqam Qasımzadənin ssenarisi əsasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilmiş "Parisdən məktublar" sənədli filmi nümayiş etdirilib. Mərasimi giriş sözü ilə açan Mərkəzin direktoru və Bilik Evinin müdiri, millət vəkili Sona Əliyeva deputat həmkarını Şəmkirdə salamlamaqdan məmnun olduğunu bildirib, Bilik Fondunun dəstəyi ilə Bilik Evinin təşkil etdiyi müxtəlif məzmunlu maarifləndirici layihələrdən, onların yerli əhali üçün əhəmiyyətindən söz açıb. S.Əliyeva ölkə başçısının imzaladığı fərman və sərəncamlardan irəli gələn məsələlərlə bağlı bu il planlaşdırılan tədbirlərin mahiyyətini diqqətə çatdırıb.