AzərbaycanTürkiyəGürcüstan Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək


Siyasət 20 Fev 2018 16:36:00 250 0

AzərbaycanTürkiyəGürcüstan Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

Milli Məclisin deputatı Sahibə Qafarova fevralın 23-dən martın 1-dək Türkiyədə səfərdə olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, səfərin məqsədi Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etməkdir.

Ankarada keçiriləcək görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, parlamentlər səviyyəsində əlaqələr, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılacaq.