AYİB Beynəlxalq Bankın səhmlərinin özəlləşdirilməsinə hələ də maraq göstərir


Digərləri 20 Fev 2018 16:12:00 273 0

AYİB Beynəlxalq Bankın səhmlərinin özəlləşdirilməsinə hələ də maraq göstərir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankının (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə hələ də maraq göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte Reuters-ə müsahibəsində bildirib ki, özəlləşdirmə imkanını müzakirə etmək üçün AYİB ABB rəhbərliyi və hökumət nümayəndələri ilə təmasları saxlayır.

Xanım İ.Duarte deyib ki, ABB-nin hər hansı strateji investora satılacağı və belə olan halda AYİB-in əlavə maliyyə investoru qismində dəstək verəcəyi və ya söhbətin səhmdar kapitala digər növ daxil olmadan getdiyi gələ aydın deyil. Bununla belə, AYİB səhmdar kapitalda adətən 5-dən 25 faizədək pay alır.