"Garabag Resorts&Spa" oteli "Booking.com"un fəxri mükafatına layiq görülüb


Digərləri 20 Fev 2018 16:17:00 281 0

"Garabag Resorts&Spa" oteli "Booking.com"un fəxri mükafatına layiq görülüb

Azərbaycanın ən müasir və dəbdəbəli otellərindən biri - "Garabag Resorts&Spa" dünyaca məşhur onlayn bronlaşdırma resursu "Booking.com"un nüfuzlu "Guest Review Award 2018" mükafatına layiq görülmüşdür.

Otel mümkün 10 baldan 9,4 balla "Mükəmməl" səviyyəsində mövqeyini inamla qoruyur və buna görə "Garabag Resorts&Spa" rəylərini bölüşən qonaqlara öz minnətdarlığını bildirir.

"Hər bir ziyarətçinin otelimiz ilə bağlı gözəl təəssüratlarının yaranması bizim üçün çox vacibdir. Kollektivimiz ən yüksək səviyyədə xidmət göstərməyə çalışır və biz şadıq ki, "Garabag Resorts&Spa" qonaqlarımızın əksəriyyətinin gözləntilərini doğruldur. Həm "Booking.com", həm də veb-saytımız vasitəsilə paylaşılan rəylər bunu bir daha vurğulayır", - "Garabag Resorts&Spa" otelinin baş meneceri Elçin Zeynalabdin bildirmişdir.

Günbəgün daha çox insan internetə müraciət edir və otelləri bronlaşdırmadan öncə başqa səyahətçilərin rəyləri ilə tanış olur. Çox vaxt məhz bu rəylər əsasında formalaşan qiymətləndirmə yer seçimi barədə qərara öz təsirini göstərir. "Booking.com" otellərin onlayn bornlaşdırılması üzrə dünyanın ən böyük resursları sırasına daxildir. Bu veb-saytda bütün rəylər otel tərəfindən və resursun özü tərəfindən qonağın həmin oteldə qalmasının təsdiq olunmasından sonra dərc edilir. Bu, daha obyektiv və şəffaf qiymətləndirmə sistemini yaratmağa imkan verib.


Xəbərə aid fotolar