"Аbşeron" yatağında ilk qaz nə vaxt hasil olunacaq?


Digərləri 20 Fev 2018 16:02:00 322 0

"Аbşeron" yatağında ilk qaz nə vaxt hasil olunacaq?

Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağında ilk quyudan hasilata 2020-ci ilin əvvəlində başlamaq planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Total" şirkətinin ictimai dinləmələrə təqdim edilən layihənin ətraf mühitə təsiri haqqında hesabatında deyilir.

Hesabatda bildirilir ki, birinci mərhələdə hasilatın həcmi sutkada 4,3 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edəcək.

Qazma işləri 2018-ci ilin martından başlayaraq təqribən bir il davam edəcək.