"Pepee sevmək zamanı" tamaşasının fevralın 21də endirimli "Ağ çərşənbə"si


Kriminal 20 Fev 2018 15:42:00 308 0

"Pepee  sevmək zamanı" tamaşasının fevralın 21də endirimli "Ağ çərşənbə"si

Yalnız 1 gün, fevralın 21-i səhər saat 10:00-dan axşam saat 22:00-a kimi "Pepee - sevmək zamanı" tamaşasının dəyəri 30 manatdan çox olan biletlərinə 25% endirim olacaq! Endirimli "Ağ çərşənbə"nı gözləyin! Sifariş üçün 0503549054. Biletlər hədiyyəlidir. 

Bakıda Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində 17 martda "Pepee - Sevmek Zamanı" musiqili interaktiv yeni tamaşa göstəriləcək.

Pepee adım adım Anadolunu gəzir, Kapadokya, Göbeklitepe və Nemruta macəralı bir yolculuğa başlayır. Türkiyənin ilk Milli Çizgi Filmi qəhrəmanı Pepee uşaqların inkişafında pay sahibi olaraq, eyni zamanda mahnı və türkülərlə əyləndirməyə davam edir. Tam yeni Pepee mahnıları ilə "Sevmek Zamanı" tamaşasında Pepeecilərlə görüşə gəlir. Təkcə uşaqların deyil, 7-dən 70-ə hərkəsin dünyasının sevgi dolu bir parçasına çevrilən Pepee, mahnılı, türkülü və əyləncəli oyunları ilə uşaqlara və uşaqlığı üçün darıxanlara unudulmaz bir tamaşa göstərir.

Pepee ilə gözəl Türkiyənin bir birindən fərqli mədəni dəyərlərini kəşf edən uşaqlarımız, Nemrut, Kapadokya ve Göbeklitepe ilə tanış olacaqlar. Sevgi, ünsiyyət, yardımlaşma və həmrəyliyin vacibliyini dərk edirlər. Pepeenin təptəzə mahnılarıyla gözəl bir gün yaşayırlar.

Sevginin və ailə daxili ünsiyyətin önəmini anlayırlar. Uşaqlarımız xəyal gücü və biliklərinin inkişafını sevinclə dəstəkləyirlər.


Xəbərə aid fotolar