Portuqaliyalı futbolçuya qarşı qarət ittihamı


İdman 20 Fev 2018 15:28:00 309 0

Portuqaliyalı futbolçuya qarşı qarət ittihamı

"Villarreal"ın yarımmüdafiəçisi Ruben Semedu məhkəmə qarşısına çıxa bilər. Goal.az xəbər verir ki, 23 yaşlı havbek adı açıqlanmayan bir şəxsə hücum etmək və xəsarət yetirməkdə ittiham olunur. Polisə şikayət edən bir nəfər fevralın 12-də Semedu və daha 2 şəxsin onu qaçırdığını bildirib. Onun sözlərinə görə portuqaliyalı futbolçunun evində əli-qolu bağlı saxlanılıb. Şikayətçi cibindən evinin açarının götürüldüyün və qarət olunduğunu da qeyd edib. Polis artıq Semedunun evində axtarış aparıb. Dekabrda futbolçu gecə klubunda xuliqanlıq etdiyinə görə cəzalandırılmışdı.