Sumqayıt Texnologiyalar Parkı Tacikistana kabel ixrac edəcək


İqtisadiyyat 20 Fev 2018 14:59:11 158 0

Sumqayıt Texnologiyalar Parkı Tacikistana kabel ixrac edəcək

Artıq mart ayında sifarişin ilk partiyası qarşı tərəfə çatdırılacaq

“Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında iri həcmli kabel satışı ilə bağlı müqavilə imzalanıb. Bu barədə “Report”a STP-nin mətbuat xidmətindən məlumat verilib.

İlkin razılaşmanın şərtlərinə əsasən, Texnoparkın tərkibinə daxil olan regionun ən iri və yüksək texnologiyaya malik Kabel Zavodu cari ilin iyun ayına qədər sifarişçiyə Tacikistanda həyata keçiriləcək “Ravşan yarımstansiyasının inşaası və yenidən qurulması Layihəsi"ndə istifadə üçün alçaq, orta və yüksək gərginlikli güc kabelləri ixrac edəcək.

İslam İnkişaf Bankı (IDB) tərəfindən maliyyələşdirilən “Ravşan yarımstansiyasının inşası və yenidən qurulması Layihəsi"ndə iştirak etmək üçün müəssisə ilə qarşı tərəf arasında danışıqlar ötən ildən başlayıb. Rusiya və Türkiyə şirkətləri ilə rəqabət aparan STP, məhsullarının keyfiyyəti, qiymətlərinin münasibliyi ilə onları geridə qoyub və sifarişçiylə iki illik tərəfaşlıq müqaviləsi imzalanıb. Yenidən qurulacaq yarımstansiya tam olaraq STP-nin Kabel Zavodunun məhsulları ilə təmin ediləcək. Mart ayında sifarişin ilk partiyası qarşı tərəfə çatdırılacaq.

Qeyd edək ki, STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Heyvanxanada ac qalan aslan quyruğunu gəmirib  VİDEO  FOTO like
  • 20 Fev 14:56  
Digərləri Heyvanxanada ac qalan aslan quyruğunu gəmirib VİDEO FOTO

Çin yeni ilində ( 15 fevral ) Şanxay vilayətindəki Taiyuan heyvanxanasına

arrow Ətraflı
Səfir Azərbaycanın çayından, Litvanın liköründən danışdı like
  • 20 Fev 14:55  
Digərləri Səfir Azərbaycanın çayından, Litvanın liköründən danışdı

Azərbaycan və Litva İKT sahəsində sahəsində iqtisadi əməkdaşlığın i

arrow Ətraflı
"O mahnıya alergiyam var" like
  • 20 Fev 14:54  
Digərləri "O mahnıya alergiyam var"

Ötən gün "5/5" verilişinin qonağı olan xalq artisti Nisə Qasım

arrow Ətraflı
Əfv Məsələləri Komissiyası bu gün toplaşır like
  • 20 Fev 14:49  
Digərləri Əfv Məsələləri Komissiyası bu gün toplaşır

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının nö

arrow Ətraflı
"Abşeron" yatağında 2020-ci ilin əvvəlinə kimi hasilatın başlanması gözlənilir like
  • 20 Fev 14:48  
İqtisadiyyat "Abşeron" yatağında 2020-ci ilin əvvəlinə kimi hasilatın başlanması gözlənilir

Layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti Bakıda ictimai din

arrow Ətraflı
De Rossi: "Karyeramda aldığım qırmızı vərəqələrin hamısı ədalətlidir" like
  • 20 Fev 14:46  
İdman De Rossi: "Karyeramda aldığım qırmızı vərəqələrin hamısı ədalətlidir"

"Roma"nın yarımmüdafiəçisi Daniele De Rossi İtaliya A Seriyasın

arrow Ətraflı
“Mənə nə sözlər vermişdi”  ​ like
  • 20 Fev 14:43  
Şou-biznes “Mənə nə sözlər vermişdi” ​

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğən

arrow Ətraflı
Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb (FOTO) like
  • 20 Fev 14:39  
Digərləri Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 2018-ci

arrow Ətraflı
Ailəsi onu axtarmaq üçün verilişə çıxmışdı like
  • 20 Fev 14:37  
Dünya Ailəsi onu axtarmaq üçün verilişə çıxmışdı

Türkiyənin İzmir şəhərinin Çiğli qəsəbəsində 8 il öncə yoxa ç

arrow Ətraflı
"I must admit I pretty much always deserved red cards" like
  • 20 Fev 14:36  
İdman "I must admit I pretty much always deserved red cards"

Daniele De Rossi admits he used to “have a terrible rapport with referees

arrow Ətraflı
Mərhum aktyorun övladı dünyaya gəldi  Adı kövrəltdi like
  • 20 Fev 14:34  
Digərləri Mərhum aktyorun övladı dünyaya gəldi Adı kövrəltdi

Avqust ayında Filiz Aker tərəfindən oteldə öldürülən məşhur türk akt

arrow Ətraflı