"O mahnıya alergiyam var"


Digərləri 20 Fev 2018 14:54:28 270 0

"O mahnıya alergiyam var"

Ötən gün "5/5" verilişinin qonağı olan xalq artisti Nisə Qasımova toyda onlardan ifa etmək üçün sifariş edilən mahnılardan danışıb.

Son.az xəbər verir ki, xanım sənətkar toyların birində başına gələn maraqlı hadisədən danışıb.

Qonaqlardan birinin ondan "Sarı gəlin" mahnısını istədiyini deyən xalq artisti onun Əlikram Bayramovun ifasında səslənən eyniadlı mahnını istədiyindən bixəbər olduğunu sözlərinə əlavə edib.

Nisə Qasımova toyda ona mahnı sifarişi zamanı çoxlu pul verilməsini etiraf etsə də, canlı yayımda Əlikramın "Sarı gəlin" mahnısı səslənərkən "O mahnıya alergiyam var, xoşum gəlmir o mahnıdan" sözləri ilə "kəsmələrini" xahiş edib.


Xəbərə aid fotolar