Heyvanxanada ac qalan aslan quyruğunu gəmirib VİDEO FOTO


Digərləri 20 Fev 2018 14:56:00 306 0

Heyvanxanada ac qalan aslan quyruğunu gəmirib  VİDEO  FOTO

Çin yeni ilində ( 15 fevral ) Şanxay vilayətindəki Taiyuan heyvanxanasına gedən turistlər aslanı gördükdə dəhşətə gəliblər.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, aslanın ac qalıb, quyruğunu gəmirdiyi deyilir.

Turistlər ac, cılız, quyruğu qopuq aslanı videoya çəkiblər.

Görüntülərlə bağlı heyvanxananın direktoru açıqlama vermək məcburiyyətində qalıb. O bildirib ki, çöldə yatan aslanın quyruğu gölə düşüb, donub, heyvan da quyruğunu çıxartmaq üçün onu qopardıb.


Xəbərə aid fotolar