De Rossi: "Karyeramda aldığım qırmızı vərəqələrin hamısı ədalətlidir"


İdman 20 Fev 2018 14:46:00 294 0

De Rossi: "Karyeramda aldığım qırmızı vərəqələrin hamısı ədalətlidir"

"Roma"nın yarımmüdafiəçisi Daniele De Rossi İtaliya A Seriyasında hakimlərə qarşı münasibətindən danışıb. Goal.az xəbər verir ki, 34 yaşlı havbek bunları deyib:

"Karyeramın əvvəlində hakimlərlə münasibətim çox pis idi. Onlar üçün başağrısına çevrilmişdim. Güman edirəm ki, həmin vaxtlar hakim qərarları bizə çox ziyan vururdu. Analoji insidentlər həmin vaxt periodu geridə qalandan sonra başa çatdı. Luçano Spalettinin baş məşqçi olduğu ilk dönəmdə "İnter"lə çempionluq mübarizəsi aparırdıq. Həmin vaxtlar oyuna motivasiyalı çıxırdım. Karyeram ərzində bir neçə qırmızı vərəqə almışam. Etiraf edim ki, hamısı ədalətli idi. Qırmızı vərəqələrin az hissəsi məndə qəzəb və çaşqınlıq oyatmışdı".