Ziyafət Əsgərov Rusiya Prezidenti seçkilərində MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşüb


Digərləri 20 Fev 2018 14:49:00 218 0

Ziyafət Əsgərov Rusiya Prezidenti seçkilərində MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşüb

Fevralın 20-də MDB İcraiyyə Komitəsinin Moskva bölməsində Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafət Əsgərov Rusiya Federasiyası Prezidenti seçkilərində MDB müşahidəçiləri missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski ilə görüşüb.

Bakı. Fevralın 20-də MDB İcraiyyə Komitəsinin Moskva bölməsində Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafət Əsgərov Rusiya Federasiyası Prezidenti seçkilərində MDB müşahidəçiləri missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski ilə görüşüb. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib ki, görüşdə seçki kampaniyası və missiyanın işinin təşkili ilə bağlı məsələlər geniş müzakirə edilib. Həmsöhbətlər əminliklərini bildiriblər ki, missiya seçki kampaniyasının hazırlıq prosesinə və keçirilməsinə obyektiv qiymət verəcək, öz funksiyalarını Rusiya qanunvericiliyinə ciddi riayət edərək və dövlətin suverenliyinə hörmətlə yanaşaraq həyata keçirəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin