Səfir Azərbaycanın çayından, Litvanın liköründən danışdı


Digərləri 20 Fev 2018 14:55:00 236 0

Səfir Azərbaycanın çayından, Litvanın liköründən danışdı

Azərbaycan və Litva İKT sahəsində sahəsində iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir

Bakı. Azad Həsənli - Azərbaycan və Litva İKT sahəsində iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bunu Trend-ə və "Azernews" qəzetinə müsahibəsində Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib. Səfir Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı barədə danışıb: “Litva, Ukrayna, Belarusun dəmiryol qurumları, eləcə də bir sıra şirkət və limanın birgə layihəsi olan “Vikinq”də Azərbaycanın iştirakı Avropa və Asiya ölkələri arasında səmərəli alternativ dəhliz yaratmağa imkan verəcək”. V.Lastauskasın sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün digər potensial sahələr kənd təsərrüfatı, tədqiqat, mühəndislik və digər sahələrdir: