Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb (FOTO)


Digərləri 20 Fev 2018 14:39:30 231 0

Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 2018-ci ilin fevral ayının 12-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 2018-ci ilin fevral ayının 12-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb ediliblər. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiya aktiv formada həyata keçirilir.