Ərdoğan Afrin planını açıqladı: "Yaxın günlərdə..."


Dünya 20 Fev 2018 14:24:00 242 0

Ərdoğan Afrin planını açıqladı: "Yaxın günlərdə..."

Terrorçular üçün dayaq nöqtəsi hesab olunan Afrin şəhərinin mərkəzi yaxın günlərdə Türkiyə ordusu tərəfindən mühasirəyə alınacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O qeyd edib ki, Afrinin mühasirəsindən sonra terrorçular Suriyanın digər regionlarından gələn dəstəkdən tam təcrid olunacaq.

R.T.Ərdoğan onu da əlavə edib ki, Türkiyə "Zeytun budağı" əməliyyatını başlamağa məcbur idi: "Türkiyə Suriyada terrorçuları tamamilə məhv edəcək".