Dövlət qulluğuna müsabiqənin müsahibə mərhələsi başlayır


Digərləri 20 Fev 2018 13:57:00 247 0

Dövlət qulluğuna müsabiqənin müsahibə mərhələsi başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar 2018-ci il tarixində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinə başlanılır.

Mərkəzdən Son.az-a verilən məlumata görə, 11 yanvar 2018-ci ildə elan edilmiş müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub.

Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1692 müraciət qeydə alınıb. Lakin unikal ərizəçi sayı 596 nəfərdir. Qaydalara əsasən sertifikatı olan şəxs vakant yerin vəzifə təlimatında nəzərdə tutulmuş tələbləri ödəyirsə, istənilən sayda vəzifənin müsahibəsində iştirak üçün müraciət edə bilər. 11 yanvar tarixində elan edilmiş vakant vəzifələrin müsahibələrində 2 nəfər 20 yerdən artıq, 30 nəfər 10 yerdən artıq, 79 nəfər 5 yerdən artıq, 18 nəfər 5 yer, 32 nəfər 4 yer, 94 nəfər 2 yer, 373 nəfər isə 1 vakant yerin müsahibəsində iştirak etmək üçün qeydiyyatdan keçib. Ona görə də DİM tərəfindən 596 nəfər üçün, ümumilikdə 1692 müsahibə təşkil olunacaq. Müsahibələr 21 fevral - 16 mart tarixlərində keçiriləcəkdir. Müsahibələrin keçirilmə qrafiki ilə buradan tanış ola bilərsiniz.