Keçmiş məhkumla əlbir olan yeniyetmə oğurluğa görə saxlanıldı VİDEO FOTO


Kriminal 20 Fev 2018 13:39:00 287 0

Keçmiş məhkumla əlbir olan yeniyetmə oğurluğa görə saxlanıldı  VİDEO  FOTO

Paytaxt polisi daha iki oğurluq hadisəsinin üstünü açıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-da rayon ərazisindəki 1 mağazadan 2720 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səmədov və Beyləqan rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları isə Nazim Salmanovu və Arzu Məmmədovu yaxalayıblar. Əməliyyat tədbirləri ilə onların 2 nəfərin cibindən və 1 qadının çantasından mobil telefon və pulqabı oğurlamaları müəyyən edilib. Fakt araşdırılır.


Xəbərə aid fotolar