Kriptovalyuta bazarı bahalaşır - Bitkoin 11 min dolları keçdi


Digərləri 20 Fev 2018 13:30:52 189 0

Kriptovalyuta bazarı bahalaşır - Bitkoin 11 min dolları keçdi

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti artırmaqda davam edir

Bakı. Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti artırmaqda davam edir. Belə ki, son iki gün ərzində bitkoin yanvar ayından ilk dəfə olaraq 11 min dollar həddini keçib. Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 8,9% bahalaşaraq 11,601 min dollar təşkil edib.