“Mənə dedilər ki, bizdə video var”


Digərləri 20 Fev 2018 13:27:00 236 0

“Mənə dedilər ki, bizdə video var”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, əməkdaşları İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.   

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkmiş Ramella Məmmədova ifadə verərək S.Əliyevə 500 manat verdiyini deyib. 

Zərərçəkmiş Ramidə İbrahimova Bakıdakı poliknikaların birində baş həkim işlədiyini deyib. O bildirib ki, Hikmət Nəcəfli ona zəng edərək görüşmək istədiyini deyib: "Qəzetlərində mənim haqda yazılar yazıldı. Sonra Səhiyyə Nazirliyindən yoxlama aparıldı. Mən "Nəşriyyat"a getdim. Orada Hikmət və Surxayla görüşdüm. 2000 manat istədi, 500 verdim. Dedim ki, həyat yoldaşın üçün hədiyyə alarsan. Bir qədər sonra yenə yazılar getdi. Bu dəfə isə 200 manat verdim".

Zərərçəkmiş Qəşəngül Musayeva deyib ki, kitab nəşriyyatının rəhbəri olub: "Surxay zəng edib kitab çıxarmaq istədiyini dedi. Sonra Hikmət zəng edib məndən şikayətlər olduğunu, buna görə qəzetində yazı yazacağını bildirdi, pul istədi. Dedim ki, "yazın". Barəmdə yazı çıxandan sonra ona 400 manat verdim".

Həmkarlar İttifaqları Komitəsinin Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev də zərərçəkdir. O deyib ki, S.Əliyev barəsində şantaj xarakterli yazılar yazılacağını deyib: "Surxay mənə dedi ki, sizin barənizdə faktlar var. Amma heç nə tələb etmədi. Nömrəsini verdi ki, mətbuatla bağlı nəsə olsa zəng edim. Bir neçə gün sonra mənə zənglər gəldi. Barəmdə yazılar yazılacağını dedilər. Mən də Surxaya zəng elədim ki, belə bir məsələ var. Surxay da kömək edəcəyini dedi. Əvvəlcə həmin adamların 2-5 min istədiyini dedi. Amma 600 manata razılaşdılar. Gülbəniz yanıma gəldi. İki dəfəyə verə biləcəyimi dedim. 300 manat olmaqla iki dəfə pul verdim".

Surxay Əliyev isə deyib ki, Fikrət Nuriyevə qarşılıqsız kömək edib "Fikrət Gülbənizə hörmət etmək üçün pul verib". 

Xırdalan qəsəbəsində dövlət baxçasının müdiri Könül İbrahimova deyib ki, Hikmət Nəcəfli ona zəng edərək şantaj edib və bağçanın fəaliyyəti ilə bağlı yazılar yazacaqlarını deyib: "Mən də əsəbləşdim. Dedim ki, nə edirsənsə elə. Sonra Surxay zəng elədi. Mənimlə mülayim və mədəni şəkildə danışmağa başladı.