Ərdoğan: "Afrini yaxın zamanlarda terrorçulardan azad edəcəyik"


Dünya 20 Fev 2018 13:15:08 234 0

Ərdoğan: "Afrini yaxın zamanlarda terrorçulardan azad edəcəyik"

O qeyd edib ki, yaxın günlərdə Afrin şəhərindəki terrorçuların mühasirəyə alınmasına başlanılacaq

“Yaxın zamanlarda Afrini terrorçulardan azad edəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, yaxın günlərdə Afrin şəhərindəki terrorçuların mühasirəyə alınmasına başlanılacaq.