"Qızım ərə gedəndən nə evində olmuşam, nə də zəng vurmuşam" Könül


Şou-biznes 20 Fev 2018 13:16:00 280 0

"Qızım ərə gedəndən nə evində olmuşam, nə də zəng vurmuşam"  Könül

Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova "Xəzər Maqazin"ə maraqlı açıqlamalar verib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib: 

"Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim - bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır".