Çin Futbol Federasiyası Beylə görə 1 milyon funt ödəməyə hazırdır


İdman 20 Fev 2018 13:15:00 304 0

Çin Futbol Federasiyası Beylə görə 1 milyon funt ödəməyə hazırdır

Martın 22-də Uels və Çin millisi arasında yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulur. Goal.az xəbər verir ki, Uelslin heyətində Qaret Beyl meydana çıxsa, Çin Futbol Federasiyası 1 milyon funt ödəməli olacaq. Ulduz futbolçu oynamasa, bu məbləğ 100 min funta düşə bilər. "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi də heyətdə olmayacağı təqdirdə ödənişin 50 min funta endirilməsi mümkündür. "Daily Mail" Rayan Qiqqsin millinin baş məşqçisi kimi debüt oyununda adları çəkilən ulduz futbolçuların iştirak etmək istədiyini yazır. Oyunun Nannin şəhərində təşkil olunması planlaşdırılır. Britaniyalılar bundan 4 gün sonra Uruqvay və ya Çexiya ilə qarşılaşmada qüvvəsini sınayacaq.