Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib


Digərləri 20 Fev 2018 13:18:54 238 0

Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib

Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib.

Bakı. Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib. Trend PFL-ə istinadən məlumat verir ki, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel prezident seçkiləri ilə əlaqədar olaraq Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində bir sıra dəyişikliklər edilib. Belə ki, Premyer Liqanın XIX turunun “Kəpəz” - “Qəbələ” və “Keşlə”- “Neftçi” matçları 9 mart 2018-ci il tarixdə, “Səbail” - “Sumqayıt” və “Qarabağ” - “Zirə” matçları isə 10 mart 2018-ci il tarixdə keçiriləcək.