DİN Sarayda çörək sexində baş verən partlayış barədə məlumat yaydı


Digərləri 20 Fev 2018 13:04:00 180 0

DİN Sarayda çörək sexində baş verən partlayış barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Abşeron rayonundakı çörək sexində baş verən partlayışla bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonundakı çörək sexində baş verən partlayışla bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kv. metr olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.