Prokuror Sumqayıtda iki uşaq anasını zorlayaraq öldürən idman müəlliminə ağır cəza istədi


Digərləri 20 Fev 2018 12:54:00 248 0

Prokuror Sumqayıtda iki uşaq anasını zorlayaraq öldürən idman müəlliminə ağır cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxışında F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.