"Wigan" - "Manchester City" oyununda baş verənlərlə bağlı araşdırma aparılacaq


İdman 20 Fev 2018 12:33:00 239 0

"Wigan" - "Manchester City" oyununda baş verənlərlə bağlı araşdırma aparılacaq

İngiltərə Futbol Assosasiyası (FA) ölkə kubokunun 1/8 final mərhələsində keçirilən "Wigan" - "Manchester City" (1:0) matçından sonra baş verən hadisələrlə bağlı araşdırma aparacaq. Goal.az xəbər verir ki, qurum oyunun baş hakimi Entoni Teylorun hesabatını gözləyir. Bununla yanaşı, araşıdrma üçün bir neçə ipucu var. Bu, "City"nin hücumçusu Serxio Aqueronun rəqib azarkeşi vurması, hər iki komandanın çalışdırıcısı - Qvardiola və Pol Kuk arasında dəhlizdə baş verən konflikt, klubların azarkeşləri tərəfindən yol verilən intizamsızlıqdır. "Wigan" azarkeşləri matçdan sonra meydana qaçmış, mançesterli fanatlar isə reklam şitlərini qırmaqla stadiona maddi ziyan vurmuşdu.