Hüseyn zarafata bankı soyacağını dedi


Digərləri 20 Fev 2018 12:31:00 340 0

Hüseyn zarafata bankı soyacağını dedi

Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

O, bankda oğurluq edəcəyi barədə zarafatyana video çəkib və həmin görüntüləri 4,5 milyon izləyicisi olan instaqram səhifəsində yayımlayıb.  

Sözügedən paylaşımdan sonra yaşadığı mənzilə polislər basqın edərək axtarış aparıb. Hüseyn və onun dostu polis şöbəsində dindirilib.