Heydər Əliyev Mərkəzində "Dəb ikonası" adlı seminar keçiriləcək FOTO


Digərləri 20 Fev 2018 12:25:00 257 0

Heydər Əliyev Mərkəzində "Dəb ikonası" adlı seminar keçiriləcək  FOTO

Heydər Əliyev Mərkəzində rusiyalı dəb mütəxəssisi Natalya Tolkunovanın təqdimatında "Dəb ikonası" adlı seminar keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 12, 13, 14 mart tarixlərində keçiriləcək seminar üç mühazirədən ibarət olacaq.

Seminar hazırda Mərkəzdə nümayiş olunan "Modernizm və Moda" sərgisi çərçivəsində təşkil olunur. Qeyd edək ki, 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksey Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb.

"Dəb ikonası" seminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır.

Seminarda iştirak ödənişlidir. Bir mühazirənin biletinin qiyməti 15 AZN, ümumilikdə üç gün üçün bilet isə 30 AZN-dır.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud saytından (www.heydaraliyevcenter.az) onlayn əldə etmək olar.

Seminar iştirakçıları Heydər Əliyev Mərkəzində nümayiş olunan "Modernizm və Moda" sərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə edəcək.

12 mart 2018-ci il, saat 19:00

"Yüksək dəb ikonaları"

Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat veriləcək.

XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük və güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün də nümunə sayıla bilər.


Xəbərə aid fotolar