"Tottenham" 25 yaşlı futbolçu ilə maraqlanır


İdman 20 Fev 2018 12:15:00 248 0

"Tottenham" 25 yaşlı futbolçu ilə maraqlanır

"Crystal Palace"in yarımmüdafiəçisi Vilfrid Zaha yayda klubunu dəyişə bilər. Goal.az xəbər verir ki, gənc futbolçunu "Tottenham" heyətində görmək istəyir. London klubuna bu baxımdan "Manchester City" və "Chelsea" problem yarada bilər. Zahanın transferi minimum 50 milyon funta başa gələ bilər. "Mahmızlar" 750 milyon funt dəyərində yeni stadion inşa etdirsələr də, yayda sanballı transferlər etməklə Premyer Liqada çempionluğa iddialı olduqlarını göstərmək istəyir.