Həkim: "Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olanlardır"


Sosial 20 Fev 2018 12:11:27 369 0

Həkim: "Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olanlardır"

Ötən il Azərbaycanda dərman zəhərlənmələri diaqnozu ilə xəstəxanaya gətirilənlərin sayında azalma qeydə alınıb

Ötən il Azərbaycanda dərman zəhərlənmələri diaqnozu ilə xəstəxanaya gətirilənlərin sayında azalma qeydə alınıb.

"Report"un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə baş vermiş dərman zəhərlənmələri təhlil olunub: "Əgər 2016-ci ildə ölkədə 732 nəfər dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdisə, bu rəqəm keçən il 714 nəfər olub.

Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olan dərmanlardır".

İ.Əfəndiyev qeyd edib ki, çox zaman insanlar preparatları həkimin təyinatı ilə alsalar da, onlar özləri dozanı aşır və ya qəsd, intihar məqsədilə xəstəxanaya dərmandan zəhərlənmə diaqnozu ilə qeydiyyata düşürlər.

O bildirib ki, dərman zəhərlənmələri ilə bağlı xəstəxanaya gətirilən xəstələrin 17 faizini uşaqlar təşkil edir. Bu da valideynlərin uşaqları nəzarətsiz buraxmalarına görə baş verir.