Nazir müavini: "Məcburi dövlət sosial sığorta sahəsində borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir"


Digərləri 20 Fev 2018 12:19:00 312 0

Nazir müavini: "Məcburi dövlət sosial sığorta sahəsində borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir"

"Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub.

Son.az Trend-ə iostinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir: "2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb".