Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun! ZƏHƏRLƏNMƏ riski var


Digərləri 20 Fev 2018 12:14:00 319 0

Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun! ZƏHƏRLƏNMƏ riski var

Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olan dərmanlardır.

Bakı. İlhamə Isabalayeva - Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olan dərmanlardır. Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev deyib. Onun sözlərinə görə, çox zaman insanlar həmin preparatları həkimin təyinatı əsasında alsalar da, həkim məsləhəti olmadan, sərbəst şəkildə verdikləri qərar əsasında dozanı aşırlar: "Belə dərmanları intihar məqsədilə də içirlər və xəstəxanaya dərmandan zəhərlənmə diaqnozu ilə qeydiyyata düşürlər".