MDB-nin xüsusi xidmət orqanları rəhbərləri Moskvada görüşəcəklər


Dünya 20 Fev 2018 11:57:34 282 0

MDB-nin xüsusi xidmət orqanları rəhbərləri Moskvada görüşəcəklər

Gündəlikdə cari mərhələdə terror təhlükələrinin qiymətləndirilməsi dayanır

MDB ölkələrinin antiterror strukturlarının rəhbərləri qlobal terror təhlükəsinin transformasiyası şəraitində birgə işin istiqamətlərini razılaşdırmaq üçün Moskva vilayətinin Odintsovo şəhərində bir araya gələcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə görüşü təşkil edən MDB Antiterror Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının, birliyin qanunverici və sahə əməkdaşlığı orqanlarının, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Gündəlikdə cari mərhələdə terror təhlükələrinin qiymətləndirilməsi dayanır.

Yığıncaq iştirakçıları həmçinin profil qurumların qaynar nöqtələrdə döyüşmüş beynəlxalq terrorçuların qayıdışı şəraitində təhlükəsizliyin təmin olunması üzrə qarşılıqlı əlaqə istiqamətlərini müəyyənləşdirəcəklər.

Bundan əlavə, 2018-ci ildə keçirilməsi nəzərdə tutulan MDB birgə antiterror təliminin hazırlıqlarına xüsusi diqqət ayrılacaq.