Miss Top Model Azerbaijan 2018 yarımfinalçılarının təqdimat mərasimi keçirilib


Digərləri 20 Fev 2018 12:08:00 325 0

Miss Top Model Azerbaijan 2018 yarımfinalçılarının təqdimat mərasimi keçirilib

Bakıda Xoxo Club & Karaoke-da Miss Top Model Azerbaijan 2018 yarımfinalçılarının təqdimat mərasimi keçirilib. 

Fashion Night Show dəfiləsində modelyer-dizayner Nərgiz Muxtarovanın və gənc modelyer, Miss Top Model Azerbaijan 2017 müsabiqəsinin qalibi Ceyhunə Əliyevanın yeni kolleksiyaları nümayiş olunub. 

Qonaqlar arasında aktyorlar Şəhriyar Əbilov və Zaur Şəfiyev, "Design Studio by Lyaman Askerova"-nın rəhbəri Lyaman Əsgərova, jurnalist Seymur Zəkaryayev, müğənni Anastasiya Şerin və başqa tanınmış simaları görmək olardı. Aparıcı qismində MC Kez çıxış etmişdir. Vlada Axundova, Nadır Hüseynov (Nadeer Nəğd Pul), Rolan Seyidov və Nigar Seyidova öz ifaları ilə gecəyə rəng qatmışdılar. 

Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra, gecə DJ Naim-la after party formatında davam edib.

Miss Top Model Azerbaijan - National Top Models Contest