6 aylıq uşağın ayaqları kəsildi Cəllad valideynlər


Digərləri 20 Fev 2018 11:32:00 279 0

6 aylıq uşağın ayaqları kəsildi  Cəllad valideynlər

Toni Smit doğulandan cəmi 41 gün sonra şikəst olmuşdu. Onun əl və ayaqlarında 8 qırıq travması, habelə septimesiya aşkarlanmışdı.

Uşaq 6 aylıq olanda isə həkimlər onun həyatını xilas etmək üçün Toninin ayaqlarını amputasiya etmək məcburiyyətində qaldılar.

Həkimlərin dediklərinə görə, balaca Toni ölüm ayağında idi. Onun ayaqları kəsilməsəydi, uşaq sepsisdən, yəni qan zəhərlənməsindən öləcəkdi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Toni Smitin valideynləri  - 46 yaşlı Entoni Smit və 24 yaşlı Codi Simpsonun məhkəmə prosesi başa çatıb. Onlar övladlarına amansız işgəncələr verməkdə suçlanıblar.


Xəbərə aid fotolar