Hadı Rəcəbli: "Prezidentin dünənki sərəncamları 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib"


Siyasət 20 Fev 2018 11:16:00 472 0

Hadı Rəcəbli: "Prezidentin dünənki sərəncamları 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib"

Komitə sədri: "Şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman Prezidentin diqqətindədir"

“Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin müavinətinin artırılması ilə bağlı çox mühüm bir sərəncamlar imzalayıb. Sərəncamda həmin şəxslərə verilən müavinətlərin aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması qeyd edilib. Bu sərəncam da təxminən 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqətindədir.