Baba Rzayev seçki dairələri və məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchizatı barədə tapşırıq verib (FOTO)


Digərləri 20 Fev 2018 11:14:00 255 0

Baba Rzayev seçki dairələri və məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchizatı barədə tapşırıq verib (FOTO)

Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin təyin edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-də toplantı keçirilib.

Bakı. Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin təyin edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-də toplantı keçirilib. ASC-dən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, qarşıda qurumu çox məsuliyyətli bir iş gözləyir. Seçki dövrünü uğurla başa vurmaq üçün “Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” 19.02.2018-ci il tarixli əmr imzalanıb. Bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verilib.