Trampın Çin səfərində qalmaqal yaşandı


Digərləri 20 Fev 2018 10:57:54 418 0

Trampın Çin səfərində qalmaqal yaşandı

ABŞ prezidenti Donald Trampın ötən il Çinə rəsmi səfərində xoşagəlməz insident yaşanıbmış.

Bu barədə məlumat və görüntülər indi yayılıb.

Son.az ABC-yə istinadən bildirir ki, Tramp Çinin paytaxtı Pekində olarkən ABŞ və Çinin xüsusi xidmət strukturlarının əməkdaşları ABŞ prezidentinin "nüvə çamadan"ı uğrunda dartışıblar.

İnsident ötən ilin noyabrın 9-da yaşanıb. ABŞ prezidenti Donald Tramp təntənəli mərasimdən sonra Çin lideri ilə danışıqlar zalına keçəndə "nüvə çamadanı"nı daşıyan amerikalı zabit də onun arxasınca gedib. Bu zabiti ABŞ prezidentini bütün səfərlərində müşayiət edir. Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri Ağ Evin aparat rəhbəri Con Kelini çağırıblar, o da zala "Biz gəlirik!" deyərək daxil olub.


Xəbərə aid fotolar