Məşhur aktrisa kinodan gedir


Digərləri 20 Fev 2018 11:00:00 276 0

Məşhur aktrisa kinodan gedir

Populyar amerikalı aktrisa, "The Hunger Games"in ulduzu Cennifer Lourens karyerasına fasilə verəcəyini bəyan edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı aktrisa bundan sonra bütün diqqətini sosial layihələrə yönəldəcəyini deyib.

Hazırda o, korrupsiyaya qarşı mübarizə aparan "Represent.Us" qeyri-kommersiya təşkilatında çalışır.

Aktrisa dünən baş rollardan birində çəkildiyi "Red Sparrow" filminin Avropa premyerasının qala-gecəsinə qatılıb.

C.Lourens filmdə rus casus rolunu oynayır.

Londonun Uest-End səmtindəki "Vue Cinema"dakı mərasimə Cennifer Lourens dərin dekolteli donda yollanmışdı.