Anjey Kaspşik Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək


Siyasət 20 Fev 2018 10:38:58 262 0

Anjey Kaspşik Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

Monitorinqin Qazax rayonu istiqamətində keçirilməsi planlaşdırılır

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.